22 noyabr 2012 00:29
Georgi Adamiya qayıdır
“İnter”in gürcüstanlı yarımmüdafiəçisi Goergi Adamiya müalicəsini davam etdirir. Azerisport.az xəbər verir ki, uzun müddətdi yaşıl meydanlardan kənar qalan təcrübəli futbolçu hazırda Almaniyada müalicə olunur.
Maraq üçün xatırladaq ki, iki ay öncə sıradan çıxan Adamiya məhz sözügedən ölkədə əməliyyat olunmuşdu. Hazırda isə “bankirlər”in üzvü Almaniyada bərpa prosesi keçməklə məşğuldu.
Adamiyanın gələn həftə Azərbaycana qayıtması gözlənilir. Yarımmüdafiəçi dekabr ayından etibarən komandası ilə hazırlıqlara başlaya biləcək.
