20 noyabr 2012 11:14

“Partizana qarşı Bakıda Belqraddakından daha yaxşı çıxış etməliyik”

 
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirəcəkləri ev oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Artıq bir aya yaxın idi ki, məşq etmirdiniz. Amma “Sumqayıt”la oyuna nəhayət sıraya döndünüz. Özünüzü necə hiss edirsiz?
- Əlbəttə, hələ ideal formamdan uzağam. Bir ay məşq etməmək istənilən futbolçu üçün çətindi. Bu müddət ərzində komanda yoldaşlarım, məşqçilər korpusu, klub rəhbərliyi mənə çox dəstək oldu. Oyunlarımızı kənardan izləmək çox ağır idi. Ümid edirəm ki, bundan sonra hər şey yaxşıya doğru dəyişəcək.
 
- “Sumqayıt”ın qapısına səkkiz qol vurmağınız ilk dövrədəki məğlubiyyətin qisası idi?
- Bilmirəm. Amma Böyükağa Hacıyev oyundan öncə bizdən maksimum güc sərf etməyimizi və mümkün qədər çox qol vurmağımızı tələb etmişdi. Mən bunu ilk dəfə görürdüm. Düzdü, bizim “Sumqayıt”la köhnə haqq-hesabımız var idi. Bu qələbə ilə də sübut etdik ki, ilk dövrədəki məğlubiyyətimiz təsadüfi idi.
 
- Qarşıda sizi “Partizan”la oyun gözləyir...
- Bu oyunda da rəqibdən daha çox qol vurmağa borcluyuq. Çox istərdik ki, “Partizan”la görüşdə erkən qol vuraq. Hər ələ düşən imkandan yararlanmaq lazımdı. Əks halda hər şey bizim üçün pis nəticələnə bilər. Çünki “Partizan” da Bakıya qələbə qazanmaq üçün gələcək.
 
- Amma “Neftçi” ilə “Partizan”ın heç birinin pley-offa çıxmaq şansı qalmayıb...
- Bizim klub ilk dəfədi Avropa Liqasının qrup mərhələsində çıxış edir. Amma “Partizan” daha təcrübəli klubdu. Onlar hətta Çempionlar Liqasının da qrup mərhələsində oynayıblar. Çox istərdik ki, serblər bizim azarkeşlərin də səviyyəsini görsünlər. Fanatlarımızın stadiona gəlməsi vacibdi. Əgər yaxşı dəstək olsa, onda işimiz daha asan olacaq. Səni dəstəkləyən olmayanda tarix yazmaq çətin olur.
 
- “Partizan” barədə nə deyə bilərsiz?
- Güclü komandadı. Onların heyətində ilk oyunda 50 nömrəli futbolçu (Lazar Markoviçi nəzərdə tutur – azerisport.az) xüsusilə yadımda qalıb. O, bütün oyunboyu soyyuqanlılığı ilə seçildi. Bizə bu komanda ilə oyunda Belqraddakından daha yaxşı çıxış etmək lazımdı.

- “Rubin” və “İnter”ə məğlubiyyətlərin bu qədər tənqidə yol açacağını gözləyirdiniz?
- “Neftçi” qrup mərhələsinə vəsiqə qazananda hamı sevinirdi. Bundan sonra hər bir klubumuz “Neftçi”nin uğurunu təkrarlamağa çalışacaq. Etiraf edim ki, bizim əsas hədəfimiz məhz qrup mərhələsinə vəsiqə qazanmaq idi. “İnter” və “Rubin” çox güclü komandalardı. Qrup mərhələsinin püşkatmasında bəxtimizin gətirdiyini deməzdim.
 
- Yığmamızın Şimali İrlandiya ilə oyununu izlədiniz?
- Bəli. Nəticə yaxşı alındı, amma oyunumuz... Bizimkilər bacardıqları futbolu sərgiləyə bilmədilər. İkinci hissədə ümumiyyətlə oynamadılar. Sanki rəqibin hücumlarından qorxurdular. Belfastda ancaq müdafiə olunurduq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.