20 noyabr 2012 11:45
Vladimir Vermezoviç: Neftçi ilə oyun öncəsi heç bir gücə qənaətdən söhbət gedə bilməz
Serbiyanın “Partizan” klubunun baş məşqçisi Vladimir Vermezoviç Super Liqanın son turunun “Crvena Zvezda” ilə derbi oyununda güclərinə qənaət etmədiklərini bəyan edib. Azerisport.az xəbər verir ki, jurnalistlər bu komandanın “Neftçi” ilə oyun öncəsi tam gücüylə oynamadığını iddia edib ki, Vermezoviçin buna reaksiyası belə olub:
“Siz nədən danışırsız? “Partizan” “Crvena Zvezda”ya kömək edir? Nonsens! Gücə qənaətdən heç bir söhbət gedə bilməz. Oyundan öncə uşaqlara dedim ki, əgər rəqib komanda özünü pis hiss edirsə, siz bunu daha da pisləşdirməlisiz”.