20 noyabr 2012 11:51
Orxan Əliyevin Portodakı taleyinə həftəsonu aydınlıq gələcək
Futbol üzrə Azərbaycanın U-19 yığmasının və “Sumqayıt”ın hücumçusu Orxan Əliyev hələ də Portuqaliyanın “Porto” klubunda baxışdadı. Azerisport.az xəbər verir ki, yığmamızın forvardının taleyinə bu həftənin sonunda aydınlıq gələcək.
Futbolçunun agenti Vaqif Heydərlidən aldığımız məlumata görə, Orxan bu həftə də “Porto”da baxışda olacaq. Həftənin sonunda isə sözügedən komandanın məşqçilər korpusu həmyerlimizlə bağlı yekun qərarlarını açıqlayacaqlar.
