20 noyabr 2012 12:08
Milli komanda millimizdən danışacaq
“İdman Azərbaycan” televiziya kanalında DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçirilmiş Şimali İrlandiya - Azərbaycan oyununa həsr olunmuş "Milli komanda" adlı veriliş hazırlanıb. Azerisport.az xəbər verir ki, verilişdə həmçinin AFFA rəsmilərinin və millimizin üzvlərinin müsahibələri təqdim olunacaq.
Qeyd edək ki, “Milli komanda” verilişi noyabrın 21-də, saat 20:20-də efirə gedəcək.
