20 noyabr 2012 12:46
Azərbaycan Avstriya, Polşa və Qazaxıstana rəqib oldu
Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının 2013/2014-cü il mövsümünün ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, püşkatmada Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.
Püşkün nəticəsinə əsasən 8-ci qrupda yer alan yığmamız Qazaxıstan, Avstriya və Polşa komandaları ilə qarşılaşacaq.
