20 noyabr 2012 12:54
AZAL-ın futbolçusuna dörd oyunluq diskvalifikasiya!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzediciləri arasında təşkil olunan ölkə çempionatının 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Neftçi” – “Sumqayıt” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Bakı” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Rəvan” – AZAL matçının 71-ci dəqiqəsində AZAL-ın futbolçusu Yasin Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“Qəbələ” – “Kəpəz” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
