21 noyabr 2012 00:45
Xəzər Lənkəran rəhbərliyi futbolçuları cəzalandıracaq
“Xəzər Lənkəran” rəhbərliyi Topaz Premyer Liqasının 13-cü turunun “Bakı” ilə oyunundakı məğlubiyyətə (0:2) görə futbolçularını cəzalandırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, komandanın üzvlərinə pul cəriməsi kəsiləcək.
Lakin cərimənin məbləği hələlik tam dəqiqləşdirilməyib. Cərimələr futbolçuların maaşından tutulacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” rəhbərliyi uğursuzluğa görə futbolçularını əvvəllər də cərimə edib.
