21 noyabr 2012 14:24
Azərbaycanı rəqibləri dekabrın 5-də bilinəcək
Dekabrın 5-də, İsveçrənin Nyon şəhərində 17 və 19 yaşadək oğlanlardan ibarət yığma komandalar arasında keçiriləcək Avropa çempionatının 2013/2014-cü il mövsümünün püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 11:30-da U-17-nin rəqibləri məlum olacaq.
Saat 12:45-də isə U-19-un rəqibləri müəyyənləşəcək.
