21 noyabr 2012 14:36
Adrian Pit: Neftçi başda olmaqla heç bir klub bizdən güclü deyil
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit Topaz Premyer Liqasının 13-cü turunun “Sumqayıt”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb. Rumıniyalı futbolçu “Bakı”ya 0:2 hesabıyla uduzduqları görüşdən sonra bunları dilə gətirib:
“Biz xeyli səhvlər buraxdıq. Ən əsası çox tez-tez top itirirdik. Çox sadə qollar buraxdıq. İkinci qoldan sonra nəsə etmək isə çox çətin idi”.
“Biz xeyli səhvlər buraxdıq. Ən əsası çox tez-tez top itirirdik. Çox sadə qollar buraxdıq. İkinci qoldan sonra nəsə etmək isə çox çətin idi”.
Pitin fikrincə, məğlubiyyətdə komandada olan psixoloji gərginliyin böyük rolu olub: “Əgər sən birinci qol buraxırsansa, psixoloji cəhətdən vəziyyət daha da gərginləşir. Amma buna görə ruhdan düşmək lazım deyildi. Əksinə, mübarizə aparmalıydıq ki, nəyəsə nail olaq”.
Məlum olduğu kimi, bu oyun “Xəzər Lənkəran”ın Karles Bakeslə ilk matçı idi. İspaniyalı mütəxəssis debüt görüşündən məğlub ayrılsa da, Adrian onunla uğur qazanacaqlarına inanır: “Biz hamımız yeni baş məşqçiylə ilk oyunumuzdan məğlub ayrılmağımıza məyus olduq. Amma fikrimə hər şey qaydasına düşəcək. Bakes çox diqqətli adamdı. O, hətta ən kiçik detallara da xüsusi diqqət yetirir. Mən əminəm ki, komanda onunla toparlanmağı bacaracaq. Bakes bizim oyunumuzu görüb, komandada necə futbolçuların olduğunu yaxşı bilir. Biz indi sadəcə onun tələblərini yerinə yetirməliyik ki, faydasını görək”.
Pit çempionatın gedişatına da toxunub: “İndi çempionatdakı istənilən komandaya çətindi. İstənilən komanda digərinə qalib də gələ bilər, uduza da. Əgər bundan sonrakı oyunlara düzgün yanaşsaq, qələbələr özü gələcək. Təbii ki, biz də hər oyunda qalib gəlmək istəyirik. Qarşıda “Kəpəz”lə çempionat, “Turan”la kubok görüşlərimiz var. Bu oyunlar da istisna deyil. Çünki nə “Turan”, nə “Kəpəz”, nə də “Neftçi” bizdən güclüdü. Hər bir oyuna düzgün motivasiya ilə yanaşmaqla qalib gəlmək olar”.
