21 noyabr 2012 15:03
Miloş Yoyiç: Stamenkoviçə çox çətin olacaq
Serbiyanın “Partizan” klubunun yarımmüdafiəçisi Miloş Yoyiç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Nə “Neftçi”nin, nə də bizim pley-offa çıxmaq şansımız qalıb. İndi sonuncudan əvvəlki yer uğrunda mübarizədən söhbət gedə bilər. Birinci qol vurmaq çox vacibdi. Çünki hesabı açan tərəf böyük üstünlük əldə edəcək. Amma bu, o, demək deyil ki, qarşılaşmanın taleyini yalnız bir qol həll edəcək. Saşa Stamenkoviçin açıqlamasına gəlincə, o, özünə və komandasına çox əmindi. Amma ona çox çətin olacaq. Saşa ilə “Partizan”ın futbolçuları arasında Belqradda baş verənlər isə heç bir əhəmiyyət kəsb etmir”.