21 noyabr 2012 15:12
Ağasəlim Mircavadov: Neftçi və Partizan Bakıda daha yaxşı oyun sərgiləyəcək
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Partizan” (Serbiya) matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, hər iki komanda üçün çətin və vacib oyundu. Aydın məsələdi ki, artıq hər ikisi növbəti mərhələyə vəsiqə şansını itirib. Amma komandamız ilk qələbəsini qazanmaqla azarkeşlərimizi sevindirə bilər. Bu görüşün qalibi həm də üçüncü pillədə qalmaq şansı əldə edəcək. Belqraddakı qarşılaşma göstərdi ki, bu rəqiblə mübarizə aparmaq olar. Əminəm ki, “Partizan” Bakıda daha yaxşı oynayacaq. Amma eyni zamanda “Neftçi” də yaxşı oynayacaq”.