21 noyabr 2012 15:23
Partizanın prezidenti Bakıya gəlmir
Serbiyanın “Partizan” klubunun prezidenti Draqan Dyuriç Bakıya gəlməyəcək. Azerisport.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə oyunlarını canlı izləməyəcək.
Klub prezidentinin komanda ilə birgə səfərə çıxmamasının səbəbi açıqlanmır.
Maraq üçün qeyd edək ki, Dyuriç İtaliya “İnter”i və Rusiya “Rubin”i ilə səfər oyunlarını stadiondan izləmişdi.
