21 noyabr 2012 15:47
Partizanın hücumçusu Saşa Stamenkoviçə qol vurmağa söz verdi
Serbiyanın “Partizan” klubunun hücumçusu Stefan Şkepoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyunda qol vurmağa söz verib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Düzdü, bizim artıq növbəti mərhələyə vəsiqə qazanmaq şansımız qalmayıb. Amma hesab edirəm ki, üçüncü pilləni tutmaq üçün son oyunlarda mümkün qədər çox xal toplamağa çalışmalıyıq. Saşa Stamenkoviç bizdən qol buraxmamağa söz verib? Şəxsən mən söz verirəm ki, onun qapısına qol vuracağam”.