21 noyabr 2012 16:07
Kəpəz Xəzər Lənkəranla matça istirahətsiz hazırlaşır
Qəbələ səfərindən qayıtdıqdan sonra vaxt azlığına görə istirahət edə bilməyən “Kəpəz” noyabrın 20-dən qarşıdakı turda qarşılaşacağı “Xəzər Lənkəran”la oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki. dünənki məşq səhər saatlarında baş tutub.
Bu gündən başlayaraq isə “Kəpəz” hər gün saat 14:30-da məşqə çıxacaq. Komanda hazırlıq prosesini Gəncə şəhər stadionunun əsas meydançasında keçirir.
