21 noyabr 2012 16:11
Zeynalov da sıradan çıxdı
“Kəpəz”in zədəliləri sırasına daha bir futbolçu qoşulub. Azerisport.az xəbər verir ki, komandanın qolkiperi Xəyal Zeynalov zədələnib.
Zeynalov “Qəbələ” ilə oyunun gedişində dizindən xəsarət alıb. Amma oyunu davam etdirməyi bacaran qapıçının Gəncəyə qayıtdıqdan ağrıları şiddətlənib. Bu üzdən Xəyal, dünən komanda ilə birgə məşqlərə çıxa biməyib. Zeynalov hazırda həkim nəzarəti altındadı.
