21 noyabr 2012 16:20

“Bu mövsüm ikiqat çətin olacaq”

“İnter”in yarımmüdafiəçisi Slavço Georgiyevski müsahibəsində “Turan”la matç barəsində danışıb, “Simurq”la gözlənilən oyun haqqında fikirlərini açıqlayıb və digər suallara cavab verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- “Turan”la keçirilmiş oyun barədə nə deyə bilərsiniz?
- Bilirdik ki, bizi ciddi müqavimət gözləyir. Buna baxmayaraq komanda oyuna yaxşı kökləndi və qalib gəlməyi bacardı. Komandanı yaxşı oyun və haqlı olaraq qazanılmış üç xal münasibətilə təbrik etmək istəyirəm.
 
- Gürünürdü ki, “Turan” səviyyə baxımından “İnter”ə bir qədər uduzur. Lakin Tovuz komandası bunu mübarizə və arzu hesabına kompensasiya etmək istəyirdi...
- Bəli, rəqib bacardığı qədər mübarizə apardı. Onlar pis oynamadılar, heç nə də geri qalmaq istəmədilər, lakin hər halda səviyyə arasındakı fərq öz sözünü dedi. Bununla belə, “Turan” yaxşı təəssürat yaratdı. Bu komanda yaxşı mübarizə apardı.
 
- “İnter”i qarşıdan Zaqatalaya səfər gözləyir. Qarşıdan gələn matç barədə nə deyə bilərsiniz?
- Bu mövsüm “Simurq” artıq gücünü göstərdi. Bu komanda cari çempionatda yaxşı çıxış edir. Bizə bu oyuna yaxşı hazırlaşmaq lazımdır. Oyun hər iki komanda üçün çətin olacaq. Biz birinci yerdə gedirik. Liderə qarşı oyunlarda bildiyiniz kimi, hamı xüsusi köklənir.
 
- Cari çempionat sürprizlərlə zəngindir. Demək olar aşkar autsayderlər qalmadı. Necə düşünürsünüz, “İnter” belə mürəkkəb mövsümdə çempionluq uğrunda mübarizə apara biləcək?
- Biz buna çox ümid edirik. Bu mövsüm ikiqat çətindir, axı istənilən komanda istənilən rəqibini məğlub edə bilər. Bir də ki, hələ aydın deyil, “ilk altılıq”da kim olacaq. Halbuki ötən mövsüm bu vaxt anlamaq olardı ki, “ilk altılığa” hansı komandalar düşəcək. Bir sözlə, bu mövsümdə kompromissiz mübarizə gedir. Qarşıda daha da ağır olacaq, ancaq biz uğura inanırıq. Bizə xallarımızı əldə etmək, qələbə qazanmaq və məqsədimizə doğru irəliləmək lazımdır.
 
- Bəs çempionluq yolunda “İnter”in əsas rəqiblərinin hansı komandalar olduğunu görürcünüz?
- Bu barədə danışmaq hələ tezdir. Hər komanda sürpriz edə bilər. Bizə bütün matçlara köklənmək lazımdır. Zəif rəqib olmur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.