21 noyabr 2012 16:25
Orxan Əliyev Sumqayıta nə vaxt qoşulacaq?
Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində AZAL-la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, Bayıl stadionunda hazırlaşan komandanın heyətində bəzi itkilər var.
Belə ki, Murad Hüseynovla Murad Doymuş son məşqdə fərdi məşqlərlə kifayətlənib. "Portu"nun düşərgəsində baxışda olan Orxan Əliyevin isə cümə günü komandaya qoşulacağı gözlənilir. Milli komandanın heyətində Şimali İrlandiya ilə keçirilmiş görüşdə barmağı sınan Səlahət Ağayev isə məşqlərə başlayıb. Ötən turdan cəza səbəbindən iştirak edə bilməyən Murad Ağayev də artıq kiçik zədəsini sağaldaraq komandaya qoşulub.
