21 noyabr 2012 16:32
Neftçi – Partizan matçına 5500 bilet satılıb
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Partizan" (Serbiya) matçı üçün bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq biletlərin 5500 ədədi satılıb.
Xatırladaq ki, azarkekeşlər biletləri T.Bəhramov adına Respublika stadionunun kassalarından və "Park Bulvar" ticarət mərkəzindən ala bilərlər.
Qeyd edək ki, "Neftçi" - "Partizan" matçı sabah mərkəzi arenada keçiriləcək və saat 21:00-da start götürəcək.
