21 noyabr 2012 16:54
Partizan Bakıya 2 oyunçusunu gətirmir
Serbiyanın “Partizan” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə oyun öncəsi iki itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Belqrad klubu Bakıya Mohammed Kamara və Mohammed Zabijsiz gələcək.
Buna səbəb heç də bu futbolçuların zədəli olması deyil. Onlar sadəcə Super Liqanın son turunun “Crvena Zvezda” ilə oyununa qeyri-ciddi yanaşdıqları üçün cəzalandırılıblar.
