21 noyabr 2012 17:05
Rəşad Sadıqov: Bu hakim məni meydandan qovmaqla özünü kimə göstərmək istəyirdi ki?
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 13-cü turunun “Simurq”la qarşılaşmasında meydandan qovulmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bir oyunluq diskvalifikasiya məni sadəcə hiddətləndirir. Mən sadəcə qapımıza təyin olunan penaltiyə etirazımı bildirdim. Söymədim, heç bir artıq-əskik söz işlətmədim. Son dövrlər hakimlər bizim oyunlarda çox səhvlərə yol verirlər. Özü də bunlar nəticəyə təsir edən səhvlərdi. Məsələn, elə Tovuzdakı oyunu götürək. O oyunda Rauf Əliyevə qarşı qayda pozuntusuna görə təmiz penaltimiz verilmədi. “Qarabağ” həmişə belə məsələlərdə susmağa üstünlük verir. Amma hakim səhvləri də davam edir. Mən bir şeyi başa düşə bilmirəm. Bu hakim mənə qırmızı vərəqə göstərməklə özünü kimə və nəyə görə göstərmək istəyirdi? Əksinə o hakim qapımıza olmayan penaltini təyin etdiyi üçün üzr istəməliydi. Zədəmi artıq sağaltmışam. “Turan”a qarşı oynamaq istəyirdim. Lakin bu hakimin təyin etdiyi anlaşılmaz qərar bu imkandan yararlanmağıma mane olacaq. Mümkündü ki, klub bu qərardan apelyasiya şikayəti versin”.