21 noyabr 2012 17:17

Vüqar Əsgərov: Ona görə karyeramın bir ilini itirdim

Latviyanın “Metallurg” klubunun hücumçusu Vüqar Əsgərov karyerasının heç də ən yaxşı günlərini yaşamır. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası son 14 ildə ilk dəfə mövsümü mükafatsız başa vurdu.

Bu azmış kimi, Vüqar özü də son mövsümdə daha çox ehtiyatda qalmaqla diqqət mərkəzinə düşdü. O, bu və digər məqamlarla bağlı saytımıza danışıb:

“Komandamız son mövsümü boşa verdi. Biz dördüncü yeri tutduq. Hətta mükafatçılar sırasına da düşə bilmədik. Klub prezidenti mövsüm başa çatandan sonra bütün komandanı bir araya gətirərək, baş məşqçi Dmitri Kalaşnikovun istefaya göndərildiyini bəyan etdi. Eyni zamanda komandanın bəzi futbolçuları ilə yeni müqavilənin bağlanmaması da mümkündü. Sabiq baş məşqçimiz məni ehtiyatda saxlamaqla karyerama böyük zərbə vurdu. Ona görə karyeramın bir ilini itirdim”.
 
Bundan sonra Liepaya təmsilçisinin Yanis İnterberqs çalışdıracaq. Əsgərov onun rəhbərliyi altında daha yaxşı çıxış edəcəyinə ümidlidi: “İnterberqslə qısa söhbətim oldu. O dedi ki, mənim komandada qalmağımı istəyir. Amma mən hətta vətənə dönməyə hazır olduğumu da etiraf etdim. Bildirdim ki, əgər “Metallurg”da daim çıxış edə biləcəyəmsə, komandada qalım. Necə də olmasa, bu klub mənim Azərbaycan yığmasına yolumu açıb. Məni bu komanda futbolçu edib”.

Yığmamızın hücumçusu hazırkı klubunda hər şeyin onu qane etməyəcəyi halda Topaz Premyer Liqasında çıxış edən komandalardan birinə keçməsini istisna etmir: “Azərbaycandan gələn istənilən təklifi gözdən keçirməyə hazıram. Amma hələ heç kim mənimlə əlaqə saxlamayıb. Fikrimcə, tezliklə hər şeyə aydınlıq gəlməlidi. Mənə oyun təcrübəsi lazımdı. Klubumda oynamadan yığmaya dəvət almaq şansım demək olar ki, yoxdu. Çünki Berti Foqts məni yığmaya ağ saçlarıma görə dəvət etmir. Hər halda yəqin ki, məndə nəsə görüb ki, xidmətimdə maraqlıdı. İndiki halda da mənə sadəcə oynamaq lazımdı ki, yenidən milliyə qayıdım”.

Vüqar yığmamızın Şimali İrlandiya ilə oyununa da toxunub: “Fikrimcə, biz iki xal itirdik. Əgər irlandlar daha güclü olsaydılar, tez də vura bilərdilər. Hakim də bu qədər çox vaxt artırmasaydı, qələbə qaçılmaz olacaqdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.