21 noyabr 2012 17:38
Arif Əsədov: Neftçinin qrupda 3-cü yeri tutması pis olmazdı
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Azərbaycan çempionunun Avropa Liqası çərçivəsində Serbiya “Partizan”ı ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Əgər serblərlə səfərdə heç-heçə oynamışıqsa, deməli, onları evdə məğlub edə bilərik. Mümkün qələbə komandamız üçün çox vacibdi. Çünki buna nail olsaq, UEFA reytinqində də ölkəmiz xeyli irəli düşə bilər. Həm də qrup mərhələsini üçüncü pillədə başa vurmaq heç də pis olmazdı. Bakılıların potensialı buna ümid etməyə imkan verir. “Neftçi”nin futbolçuları artıq beynəlxalq arenada xeyli təcrübə toplayıblar. İndi bu təcrübədən istifadə etmək lazımdı”.