21 noyabr 2012 18:56
Böyükağa Hacıyev: Neftçi Partizanla oyunda taktikasını dəyişəcək
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirəcəkləri oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı oyundan öncə təşkil olunan mətbuat konfransında öncə bunları dilə gətirib:
“İştah diş altındadı. Sabah bizi çətin oyun gözləyir. Amma biz buna hazırıq. Bu görüş mənim karyerama böyük ölçüdə təsir göstərəcək. Son beş gündə komandanı tam olaraq bu oyuna konsentrasiya etmək üçün ciddi şəkildə çalışmışıq. Sabah meydana yalnız qələbə üçün çıxacağıq”.

Hacıyevin sözlərinə görə, sabahkı görüşdə Mahir Şükürovun iştirak etməyəcəyi dəqiqdi: “Əgər Mahir oyuna qədər məşq etməyibsə, mən onu necə meydana buraxa bilərəm? Həkimlər də dedilər ki, Şükürov hələ hazır deyil. Onu heç matçın iştirak ərizəsinə də daxil etməyəcəyik. Bu oyunda taktikamızı dəyişmək istəyirik”.
Şükürovla yanaşı bu oyunda paraqvaylı yarımmüdafiəçi Erik Ramos da “Neftçi”yə kömək edə bilməyəcək. Amma Hacıyev bu itkilərin komandasına təsir etməyəcəyini iddia edir: “Ramos mənim ən sevimli oyunçularımdandı. Meydanın hər qarışı uğrunda mübarizə aparmağı sevir. Topu özündə çox saxlamır. Hər oyunda sabit çıxışı ilə seçilir. Onun yoxluğuna baxmayaraq, istənilən halda qələbəyə oynayacağıq”.
Qeyd edək ki, “Neftçi” – “Partizan” oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.