21 noyabr 2012 19:09
İmamverdiyev: Azərbaycan xalqını sevindirmək üçün əlimizdən gələni edəcəyik
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın orta sahə oyunçusu matçdan öncə təşkil olunan mətbuat konfransında bunları dilə gətirib:
“Meydana üç xal üçün çıxacağıq. Qrup mərhələsində qələbənin dadını hiss etmək istəyirəm. Azərbaycan xalqını sevindirmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, sabah komandamıza möhtəşəm dəstək olacaq. Bu, komanda üçün əlavə stimul olacaq”.
Qeyd edək ki, “Neftçi” – “Partizan” oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
