21 noyabr 2012 19:15
Kanales: Partizan Sumqayıt deyil bu komandaya da dörd qol vuram
“Neftçi”nin yarımmüdafiəçisi Nikolas Kanales Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın forvardı matçdan öncə təşkil olunan mətbuat konfransında bunları dilə gətirib:
“Partizan”a qol vurub-vurmayacağımı dəqiq deyə bilmərəm. Amma komandama kömək etmək üçün maksimum gücümü meydanda qoyacağam. Qol vurmağım isə ikinci dərəcəlidi. “Partizan”la oyun “Sumqayıt”la qarşılaşma deyil ki, o qədər qol vurum. Bu komandaları bir-biri ilə müqayisə etmək düzgün deyil”.
Qeyd edək ki, “Neftçi” – “Partizan” oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
