22 noyabr 2012 00:06

Son ev oyunu və ilk qələbə şansı

Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxacaq.
 
Məlum olduğu kimi, komandamız avrokubokların cari mövsümünə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən start vermişdi. İlk cəhdində Gürcüstan çempionu “Zestafoni” ilə üz-üzə gələn “Neftçi” Bakıdakı ilk oyunda 3:0 hesablı darmadağına imza atmış, Gürcüstandakı qarşılaşmada da məhsuldar heç-heçəyə (2:2) nail olmaqla mərhələ adlamışdı. Lakin “ağ-qaralar” eyni uğuru üçüncü təsnifat mərhələsinin İsrail “Hapoel”iylə (Kiryat Şmona) mübarizədə təkrarlaya bilmədi. Səfərdə 4 cavabsız qola üzülən Azərbaycan çempionu doğma meydanda sadəcə 2:2 hesablı heç-heçəyə nail ola bildi və ÇL-lə vidalaşdı.
 
Amma reqlamentə əsasən, Azərbaycan təmsilçisi Avroliqada mübarizəni davam etdirmək şansına malik idi. Nüfuzuna görə qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsində “Neftçi” APOEL (Kipr) səddini keçməliydi. Paytaxt klubu Nikosiya təmsilçisini mübarizədən kənarlaşdırmaqla böyük bir tarixi uğura imza atmağı bacardı – 1:1, 3:1. Beləcə, Böyükağa Hacıyevin komandası qitə miqyaslı turnirlərin qrup mərhələsinə vəsiqə qazanan ilk komanda ünvanına sahib çıxdı. “Neftçi” qrup mərhələsi çərçivəsindəki ilk və tarixi oyununda məhz Serbiya “Partizan”ı ilə görüşdü. Komandamız səfərdə oynasa da, qənaətbəxş nəticə qazanmağı bacardı – 1:1. Lakin təəssüf ki, “ağ-qaralar” bu uğurun davamını Milan “İnter”i ilə ev (1:3) oyununda gətirə bilmədi. Elə Rusiya “Rubin”i ilə ev və səfər oyunları da (0:1) uğursuz başa çatdı. İndi “Neftçi” qrupdakı son ev oyununda “Partizan”la münasibətlərinə aydınlıq gətirməlidi.
 
Qeyd edək ki, paytaxt Belqradı təmsil edən “Partizan” klubu 1945-ci ildə yaradılıb. Komanda ev oyunlarını “Partizan” stadionunda keçirir. Arenanın azarkeş tutumu 32710 nəfərdi. “Partizan”a Vladimir Vermezoviç başçılıq edir. 48 yaşlı mütəxəssis baş məşqçi postuna bu il təyin olunub. O, 2004-2005 mövsümündə də “Partizan”a başçılıq edib. Serbiyanın “Teleoptik”, Slovakiyanın “Spartak” və CAR-ın “Kayzer Çiefs” klublarına başçılıq edib. Vermezoviçə qədər isə komandaya İsrail yığmasının və “Chelsea” klubunun sabiq baş məşqçisi Avraam Qrant rəhbərlik edirdi. O, klub rəhbərliyi ilə fikir ayrılığı üzündən postundan istefa verib. “Partizan” ölkənin ən köklü klublarındandı. Yuqoslaviya və Serbiya-Çernoqoriya dövründə 19 dəfə çempion olub, 9 dəfə ölkə kubokunu qazanan komanda ölkə Serbiya adlanandan sonra 5 dəfə çempionluq, 3 dəfə kubok sevinci yaşayıb. “Partizan” avrokuboklarda indiyədək 189 oyun keçirib, 75 qələbə qazanıb, 36 heç-heçə edib və 78 dəfə uduzub. “Partizan”ın heyətində serb futbolçularla yanaşı, Çernoqoriya, Sierra Leone, Braziliya, Bolqarıstan, Makedoniya və Liviyadan legionerlər çıxış edir. “Partizan”ın əksər üzvləri Serbiya milli komandasının üzvləridi.
 
Komandanın Avroliqa üçün iştirak ərizəsi belədi:
 
Qapıçılar: 30. Nikola Petroviç, 33. Radişa İliç, 88. Vladimir Stoykoviç;
Müdafiəçilər: 2. Aleksandar Milkoviç, 3. Vladimir Volkov, 5. Stefan Saviç, 6. Voyislav Stankoviç, 15. İvan İvanov, 17. Sreten Sretenoviç, 18. Aleksandr Lazevski, 19. Branko Paulyeviç, 37. Stefan Aşkovski, 40. Miloş Ostoyiş;
Yarımmüdafiəçilər: 4. Medo, 7. Nemanya Tomiç, 8. Qoran Lovre, 10. Zvonimir Vukiç, 11. Nikola Ninkoviç, 14. Darko Braşanaç, 20. Deyan Babiç, 21. Saşa Markoviç, 22. Saşa İliç, 39. Miloş Yoyiç, 50. Lazar Markoviç, 99. Milan Smilyaniç.
Hücumçular: 12. Stefan Şkepoviç, 27. Mohamed Zubya, 44. Marko Şkepoviç, 45. Aleksandar Mitroviç, 77. Filip Knejeviç.

Göründüyü kimi, Serbiya çempionu heç də sıradan rəqib deyil. Amma bu komanda nə qədər güclü olsa da, hər halda “Neftçi”nin də başqa çıxış yolu yoxdu. Azərbaycan çempionu “İnter”, “Rubin” kimi güclü klublarla oyunlarda bacarmadığını nəhayət bu görüşdə həyata keçirməlidi. Bu üzdən də təmsilçimiz bu komandaya qarşı daha inamlı mübarizə aparmaq məcburiyyətindədi. Bu, həm də ona görə vacibdi ki, “Partizan” Azərbaycan klubunun üçüncü yer uğrundakı əsas rəqibidi. Hər iki komanda geridə qalan turlarda cəmi 1 xal qazana bilib. İndi qələbə qazanacaq komanda demək olar ki, üçüncü yeri özü üçün təmin etmiş olacaq. Bu üzdən də “Neftçi” belə bir şansdan faydalanmağa borcludu. Üstəlik, komandamız bu görüşdə daha bir tarix yaza bilər. Belə ki, Azərbaycan çempionu qrup mərhələsində ilk və tarixi qələbəsini rəsmiləşdirmək şansına malikdi.
 
Bu yolda oyunun doğma divarlar arasında keçirilməsi də komandamız üçün əlavə üstünlük sayıla bilər. Çünki “ağ-qaralar”ı böyük azarkeş dəstəyi gözləyir. Ona görə də, “Neftçi” bütün gücünü toplayıb, məhz azarkeşlərinin gözü qarşısında tarixi qələbəsini bayram etməyə çalışmalıdı.
 
Komandamızın Avroliqa üçün iştirak ərizəsi:
 
Qapıçılar: 12. Emil Balayev, 24. Rəşad Əzizov, 30. Saşa Stamenkoviç;
Müdafiəçilər: 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhuseyn Seyidov, 25. Cavid İmamverdiyev, 21. Kamil Nurəhmədov;
Hücumçular: 8. Elşən Abdullayev, 11. Nikolas Kanales, 14. Bahodir Nəsimov, 28. Emin Mehdiyev, 29. İlham Allahverdiyev.
 
Bu gün "Neftçi"nin yer aldığı H qrupu çərçivəsində keçiriləcək digər oyunda İtaliya "İnter"i də Rusiya təmsilçisi "Rubin"in qonağı olacaq.
 
Avropa Liqası
Qrup mərhələsi
H qrupu
22 noyabr
 
21:00. NEFTÇİ - PARTİZAN
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Baş hakim: Simon Lee Evans
Baş hakimin köməkçiləri: Edward King, Philip Thomas
Dördüncü hakim: Alun Boore
Baş hakimin əlavə köməkçiləri: Mark Steven Whitby, Bryn Markham-Jones
(Hakimlər briqadası Uelsdəndir)
Hakim-inspektor: Rudolf Zavrl (Sloveniya)
UEFA nümayəndəsi: Günter Benkö (Avstriya)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.