22 noyabr 2012 22:51

Neftçi Partizan üzərində qələbəni əldən verdi (YENİLƏNİB)

Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxıb.
 
Komandamız bu dəfə evdə Serbiya “Partizan”ını qəbul edib. “Ağ-qaralar” qrupdakı son ev oyununda ilk qələbə sevincini yaşamaq arzusundaydı. Bu qələbə həm də ona görə vacibdi ki, “Partizan” Azərbaycan klubunun üçüncü yer uğrundakı əsas rəqibi idi.
 
Qarşılaşmada hesabı məhz bakılılar açıblar. Amma təəssüf ki, komandamız bu üstünlüyünü qoruya bilmədi. Görüşün sonlarında rəqibin hətta azlıqda qalmasına baxmayaraq, "Neftçi" bu dəfə də qələbə qazanmağı bacarmayıb.

Avropa Liqası
H qrupu
22 noyabr
 
NEFTÇİ - PARTİZAN - 1:1 (1:0)
Qollar: Flavinyo, 10 (1:0), Mitroviç, 67 (1:1)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Baş hakim: Simon Li Evans (Uels).
 
Oyun başladı
5. Oyunda ilk təhlükəli qol epizodunu "Neftçi" yaradır. Amma Vobay yaxın məsafədən qapıya dəqiq zərbə endirə bilmir
10. "Neftçi" tam olaraq oyuna nəzarət edən tərəfdi
10. Flavinyo uzaq məsafədən möhtəşəm zərbə ilə hesabı açır - 1:0
12. Qonaqların təhlükəli hücumunun qarşısını Mitreski alır
16. Serblərin daha bir kəskin hücumu zamanı həlledici zərbə qapıdan yan keçir
18. Qonaqlar iki ardıcıl korner vursalar da, istəklərinə çata bilmirlər
19. L.Markoviçin zərbəsini Stamenkoviç dəf edir
20. İmamverdiyevin qola sevinməsinə Petroviç əla seyvlə mane olur
24. İmamverdiyevin daha bir zərbəsi qapıdan yan keçir
25. Şkepoviç müdafiənin arxasına atılan topu az qala qola çevirəcəkdi. Son anda o, dəqiq zərbə endirə bilmir
30. "Neftçi" tam olaraq oyuna nəzarət edən tərəfdi
31. "Partizan" daha bir kornerdən uğursuz yararlanır
32. Kanalesin zərbəsi alınmır
37. "Neftçi" yaxşı hücum qursa da, bundan yararlana bilmir
41. Bakılıların ilk korner vuruşu faydasız qalır
44. R.Sadiqovun zərbəsi qapıdan aralı keçir
44. Tomiç sarı vərəqə ilə cəzalanır
45. Birinci hissəyə 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
Ikinci hissə başladı
46. "Partizan"da L.Markoviçi Mitroviç əvəzləyir
48. Mehdiyev sarı vərəqə almaqla diqqət mərkəzinə düşür
53. "Neftçi" əla hücumu boşa verir
60. Komandamız meydanın mərkəzini rəqibə verib əks-hücum şansı axtarır
61. C.İmamverdiyevin əvəzində meydana A.Abdullayev çıxır
65. S.İliçin yaxın məsafədən zərbəsi qapıdan yan keçir
66. S.Şkepoviçin M.Şkepoviç əvəzləyir. Maraq üçün xatırladaq ki, Stefan Saşa Stamenkoviçə qol vuracağına söz vermişdi. O, meydanı bu vədinə əməl etmədən tərk edir
67. "Partizan"ın artan təzyiqləri "Neftçi"nin qapısına qolla nəticələnir. Mitroviç hesabı bərabərləşdirir - 1:1
68. Flavinyo sarı vərəqə alır
74. Ostoyiç də sarı vərəqə alan futbolçuların sırasına qoşulur
76. Volkov da sarı vərəqə aldı
76. Cavab qolunun müəllifi Mitroviç birbaşa qırmızı vərəqə ilə meydandan qovulur
77. Bunun ardından meydanda futbolçular arasında gərginlik yaşanmaqdadı
78. Şkepoviçlə R.Sadiqov da sarı vərəqə aldı
78. Bu münaqişələrin daha bir qurbanı Stamenkoviç olur. O da sarı vərəqə aldı
79. "Neftçi" bir neçə dəqiqə öncə qazandığı cərimə zərbəsini nəhayət ki, yerinə yetirir: Bertuççinin zərbəsi canlı səddən dönür
83. M.Yoyiçi S.Markoviç əvəzləyir
86. "Neftçi" qola çox yaxın olsa da, son anda müdafiəçi topu kornerə çıxarır. Kornerdən yaxşı yararlana bilmirik
88. Vobayın hiyləgər zərbəsini son anda qapıçı tuta bilir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 32. Elvin Yunuszadə, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 25. Cavid İmamverdiyev, 11. Nikolas Kanales, 28. Emin Mehdiyevv.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 8. Elşən Abdullayev, 14. Bahodir Nasimov, 21. Kamil Nurəhmədov.
PARTİZAN: 30. Nikola Petroviç, 2. Aleksandr Milkeviç, 3. Vladimir Volkov, 15. İvan İvanov, 40. Miloş Ostoyiç, 7. Nemanya Tomiç, 22. Saşa İliç (k), 39. Miloş Yoyiç, 50. Lazar Markoviç, 99. Milan Smilyaniç, 12. Stefan Şkepoviç.
Ehtiyat oyunçular: 33. Radişa İliç, 17. Sreten Sretenoviç, 18. Aleksandr Lazevski, 11. Nikola Ninkoviç, 21. Saşa Markoviç, 44. Marko Şkepoviç, 45. Aleksandr Mitroviç.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.