21 noyabr 2012 21:04
Vladimir Vermezoviç: Bakıda məni ancaq qələbə qane edəcək
Serbiyanın “Partizan” klubunun baş məşqçisi Vladimir Vermezoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssis jurnalistlərlə söhbətində öncə bunları dilə gətirib:
- “Neftçi” kimi, “Partizan”ın da növbəti mərhələyə vəsiqə qazanmaq şansını itirməsinə baxmayaraq, bu qarşılaşma bizim üçün vacibdi. Qrup mərhələsini mümkün qədər üst pillələrdə bitirmək istəyirik. Oyuna yaxşı hazırlaşmışıq. Bilirik ki, rəqibimiz son turda 8:1 hesabıyla qalib gəlib. Şadam ki, heyətimizdə itki yoxdu. İki ölkə arasında üç saatlıq fərq var. Amma ümid edirəm ki, futbolçularımız buna alışa biləcək.

- Adətən məşqçilər mətbuat konfranslarına gecikəndə üzr istəyirlər. Siz niyə bunu etmədiniz?
- Üzr istəməyəcəm. Mən mətbuat konfransının keçirildiyi otağı axtarırdım. Amma mənə heç kim kömək etmədi.
- Üzr istəməyəcəm. Mən mətbuat konfransının keçirildiyi otağı axtarırdım. Amma mənə heç kim kömək etmədi.
- Son turda sizin komanda əzəli rəqibi “Crvena Zvezda”ya 2:3 hesabıyla uduzdu. Bu, “Neftçi” ilə oyunda öz təsirini göstərməyəcək ki?
- Düşünmürəm. Bu, fərqli oyundu. Biz artıq derbidəki məğlubiyyəti unutmuşuq. Mən öz komandamdan yaxşı oyun və nəticə gözləyirəm.
- Düşünmürəm. Bu, fərqli oyundu. Biz artıq derbidəki məğlubiyyəti unutmuşuq. Mən öz komandamdan yaxşı oyun və nəticə gözləyirəm.
- “Neftçi” hazırda sizdən fərqli öz çempionatlarında beşinci yerdə gedir...
- Bu, heç nədən xəbər vermir. Əminəm ki, onlar da Avropa Liqasından sonra çempionata daha çox diqqət ayıracaqlar. Özü də onların hələ ehtiyatda oyunları var.
- Bakıda sizi hansı nəticə qane edəcək?
- Ancaq qələbə. Amma rəqibimizin güclü olduğunu da qeyd etməliyəm. İstənilən halda evə müsbət əhval-ruhiyyə ilə qayıtmaq istəyirik.
- Ancaq qələbə. Amma rəqibimizin güclü olduğunu da qeyd etməliyəm. İstənilən halda evə müsbət əhval-ruhiyyə ilə qayıtmaq istəyirik.
- “Neftçi”yə Belqradda qalib gələ bilməmişdiniz. Derbidə məğlub olmusuz. Amma yenə hər şeydən razı görünürsüz...
- Ona görə ki, öz komandama inanıram. Biz Milan “İnter”inə qarşı çox yaxşı oyun keçirmişik. Rəqib düşərgədə itkilərin olması bizi düşündürmür. Bütün fikirlərim komandama yönəlib.