22 noyabr 2012 13:25
Neftçi Partizanı minimal hesabla məğlub edəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”nin Serbiya “Partizan”ı ilə ev oyunu necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Sorğuya qatılanların tən yarısı “Neftçi”nin minimal hesabla qalib gələcəyini düşünür. Bu variantı respondentlərin 50 faizi (214 səs) seçib.
“Neftçi”nin böyük hesabla qalib gələcəyini proqnozlaşdıranlar 24 faizdi (102 səs).
Digər variantlara daha az səs verilib.
Digər variantlara daha az səs verilib.
