22 noyabr 2012 13:46
Turan özünə yeni sponsor tapdı
Topaz Premyer Liqasında mübarizə aparan “Turan” özünə yeni sponsor tapıb. Azerisport.az saytına müsahibəsində bu barədə komandanın baş məşqçisi Əfqan Talıbov məlumat verib:
“Eşitdiyimə görə, komandaya yeni sponsor tapılıb. Dedilər ki, bu yeni bankdı. Bu gün saat 14:00-da məşqimiz olacaq. Rəhbərlik bu barədə komandanı həmin məşqdə xəbərdar edəcək. Əlbəttə, komandanın maliyyə vəziyyətinin yaxşılaşması bir baş məşqçi kimi məni sevindirir. Çünki biz yeni komanda yaratmağa başlamışıq. Yaxşı maliyyə dəstəyi sayəsində heyətimizi daha da gücləndirə bilərik”.