22 noyabr 2012 01:53
“Saşa Stamenkoviçlə bağlı olay dəqiq yadımda deyil”
Serbiyanın “Partizan” klubunun futbolçusu Aleksandr Mitroviç Azərbaycan çempionu “Neftçi” ilə Bakıda keçirəcəkləri Avropa Liqasının 5-ci tur matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Belqraddakı ilk qarşılaşmadan sonra Mitroviç “Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviçin üzərinə hücum etmişdi.
Lakin o, mətbuat konfransında həmin olay barədə danışmaq istəməyib: “Stamenkoviçlə bağlı olay dəqiq yadımda deyil. Ümumiyyətlə, həmin oyun ətrafında təzyiqlər çox idi. Ona görə də baş verənləri xatırlamıram. Amma sabahkı matçda belə bir halın baş verəcəyinə ümid etmirəm. Həmin olayla bağlı çox danışmaq istəmirəm. Sabahkı oyuna ciddi hazırlaşmışıq”.
