22 noyabr 2012 02:20
Chelsea baş məşqçisini dəyişdi
İngiltərənin “Chelsea” futbol klubu baş məşqçi dəyişikliyinə əl atıb. Azerisport.az xəbər verir ki, komandanın son uğursuzluqları italiyalı Roberto Di Matteoya baha başa gəlib.
Belə ki, cari mövsümdə işləri o qədər də rəvan getməyən komandanın çalışdırıcısı Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Juventus”la səfər matçındakı məğlubiyyətin ardından istefaya göndərilib. Artıq “Chelsea” özünə yeni baş məşqçi də tapıb. Belə ki, bundan sonra “zadəganlar”ı Rafael Benitez çalışdıracaq.
Təcrübəli mütəxəssis "Chelsea" ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Qeyd edək ki, Benitez daha öncə "Valencia", "Liverpool" və "İnter" klublarını da çalışdırıb.
