22 noyabr 2012 14:27
Yığmamızın rəqibi dekabrın 4-də bəlli olacaq
Dekabrın 4-də, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 2014-cü ildə Belçikada təşkil olunacaq futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, püşkatmada Azərbaycan yığmasının da rəqibləri bəlli olacaq.
Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
