22 noyabr 2012 14:53
Stamenkoviç: Belqradda baş verənlər Bakıda təkrarlanmayacaq
“Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirəcəkləri 5-ci tur matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- “Neftçi” ilə “Partizan” arasındakı ilk oyunu xatırlayırsız?
- Bunu necə unutmaq olar? Mənim həmin oyunda üzləşdiyim çətinliklərə çox az adam dözə bilərdi. Mən öz ünvanıma, ailəmin ünvanına o qədər təhqirlər eşitdim ki! Bu, rəzalətdi. Amma mən çalışdım ki, mümkün qədər özümü səbrli aparım.
- Həmin baş verənlərdə özünüzü günahkar hesab etmirsiz ki? Axı olaylara sizin oyundan öncəki müsahibəniz əlavə rəng qatdı...
- Özümü günahkar saymıram. Mən çox söz demişdim. Amma bəzi jurnalistlər təəssüflər olsun ki, fikirlərimi təhrif etmişdilər.
- Mitroviçlə Ninkoviçə hirsiniz soyuyub?
- Xeyr. Düzdü, onları başa düşürəm. Gəncdilər. Onların hələ öyrənməli olduqları çox şey var.
- Siz “Partizan”ın futbolçularına qarşı Bakıda necə davranacaqsız?
- Əminəm ki, onlar mənim Belqradda üzləşdiklərimi görəcəklərini gözləmirlər. Hər şeyin təmiz idman mübarizəsi şəraitində keçəcəyini düşünürəm. Heç bir revanşdan söhbət gedə bilməz.
- Əminəm ki, onlar mənim Belqradda üzləşdiklərimi görəcəklərini gözləmirlər. Hər şeyin təmiz idman mübarizəsi şəraitində keçəcəyini düşünürəm. Heç bir revanşdan söhbət gedə bilməz.
- Bəs bakılı azarkeşlər?
- Bilmirəm. Azərbaycanlılar mənim “Partizan” fanatları tərəfindən necə təhqir olunduğumu yaxşı bilirlər. Bunu unutmayıblar. Burda klublar arasında o qədər də ciddi münaqişələr yoxdu və bir komandadan digərinə keçən futbolçuları normal qəbul edirlər. Ona görə də azərbaycanlı azarkeşlər Belqradda baş verənlərdən çox təəccüblənmişdilər.

- Bakıdakı oyundan nə gözləyə bilərik?
- Həm “Partizan”a, həm də bizə çətin olacaq. “Neftçi”nin qələbə qazanmasına çox sevinərəm.
- Həm “Partizan”a, həm də bizə çətin olacaq. “Neftçi”nin qələbə qazanmasına çox sevinərəm.
- “Partizan”ın “Crvena Zvezda” ilə oyununa baxdınız?
- Belə bir oyunu necə buraxa bilərəm? Baxdım və “Crvena Zvezda”ya azarkeşlik etdim. Keçmiş klubum derbidə Aleksandr Yankoviçin sayəsində qalib gəldi. O, fasilədə futbolçuları çox yaxşı kökləmişdi.
- Belə bir oyunu necə buraxa bilərəm? Baxdım və “Crvena Zvezda”ya azarkeşlik etdim. Keçmiş klubum derbidə Aleksandr Yankoviçin sayəsində qalib gəldi. O, fasilədə futbolçuları çox yaxşı kökləmişdi.