22 noyabr 2012 15:02
Azərbaycan klubu Rusiya şirkətindən hədiyyə aldı
Noyabrın 23-də Qusar Olimpiya Kompleksində bu şəhəri təmsil edən “Şahdağ” futbol klubunun yeni formalarının təqdimetmə mərasimi təşkil olunacaq. Azerisport.az xəbər verir ki, bu barədə Birinci Divizionda çıxış edən klubun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətindən aldığımız məlumata görə, bu formalar “Şahdağ”a hədiyyə olunub. Özü də Qusar təmsilçisinə bu yardımı Rusiyanın POZİS şirkəti edib.
Qeyd edək ki, “Şahdağ” Birinci Divizionun geridə qalan 10 turunda 17 xal toplayıb və beşinci yerdə gedir.
