22 noyabr 2012 16:31
Partizan Neftçidən 70 bilet istədi
Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün baş tutacaq “Neftçi” ilə oyun öncəsi Serbiya “Partizan”ı Azərbaycan klubuna müraciət edib. Azerisport.az xəbər verir ki, Serbiya təmsilçisi paytaxt klubundan qarşılaşmaya 70 bilet istəyib.
Qeyd edək ki, bu biletlər “Partizan” rəsmilərinin və azarkeşlərinin qarşılaşmanı tribunadan birgə izləməsi üçün alınıb.
“Neftçi” – “Partizan” matçı bu gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
