22 noyabr 2012 17:35

“Mənim üçün Neftçinin hansı hesabla qalib gəlməsinin fərqi yoxdu”

Azərbaycan çempionu “Neftçi”nin veteranlarından Yaşar Vahabzadə Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
 
Qeyd edək ki, Vahabzadə “Neftçi”nin və bütövlükdə Azərbaycan klublarının avrokuboklardakı ilk qələbəsinin iştirakçısı olub. O, bu qarşılaşmanı da xatırlayıb:

“Onu necə unutmaq olar? 1996-1997-ci illər mövsümündə biz UEFA Kubokunda Bolqarıstan “Lokomotiv”inə qarşı oynayırdıq. Həmin oyuna yaxşı başlamamışdıq. 0:1 hesabıyla uduzurduq. Görüşün əvvəlindəcə qol buraxdıq. İkinci hissədə isə əsl futbol sərgilədik. İki qol vurduq. Birincisini Vidadi Rzayev vurdu. İkinci qolda isə 90-cı dəqiqədə mən topu qapıçının başı üzərindən tora qovuşdurdum. Azarkeşlərin necə sevindiyini də xatırlayıram. Bunu sadəcə görmək lazım idi. Oyundan sonra azarkeşlər bizi stadiondan qaldığımız otelə qədər izlədilər. Bir saata yaxın bazada qalsaq da, çölə çıxanda hələ də azarkeşlər bizi gözləyirdilər. Ümid edirəm ki, bütün bu sevinc hissləri “Neftçi”nin “Partizan”la oyunundan sonra da təkrarlanacaq. Çünki komandamızın Avroliqanın qrup mərhələsində ilk qələbəsini rəsmiləşdirməsi üçün yaxşı şansı var. Mənim üçün “Neftçi”nin hansı hesabla qalib gəlməsinin fərqi yoxdu. Əsas qələbə olsun”.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.