22 noyabr 2012 17:56

Yunis Hüseynov: Neftçinin Partizan üzərində qələbəsi Azərbaycan üçün çox vacibdi

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirəcəyi oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- “Neftçi” – “Partizan” matçından nə gözləyirsiz?
- Bütün azarkeşlər “Neftçi”dən qələbə gözləyirlər. Aydın məsələdi ki, hər bir komanda meydana qələbə üçün çıxır. Məgər bunu istəməyən futbolçu var ki? Bakılılara bu oyunda uğurlar arzulayıram. Belqradda keçirilən oyunda “Neftçi” yaxşı təsir bağışlamışdı. Amma o vaxt komandalar bir-birini o qədər də yaxşı tanımırdılar. Bu dəfə daha maraqlı oyun alınacaq.
 
- Çoxları “Partizan”ın birinci oyunda zəif çıxış etdiyini düşünür...
- Fikrimcə, onlar o vaxt risk etməkdən qorxurdular. Çünki komandamızı tanımırdılar. Ona görə də tərəflər xal bölgüsünə razılaşdılar. Həmin oyun həm də “Neftçi” üçün qrup mərhələsində debüt matçı idi. Bir xal ilk oyun üçün müsbət nəticə sayılırdı. Amma mənə elə gəlir ki, “Partizan” bu gün tam fərqli futbol sərgiləyəcək.
 
- “Neftçi”də bu oyunun taleyini hansı futbolçular həll edə bilər?
- “Neftçi”nin heyətində yaxşı ifaçılar var. Amma qələbə üçün komanda oyunu lazımdı. 11 futbolçunun hamısı “Partizan”a qarşı necə oynamaq lazım olduğunu bilməlidi. Bu komanda ilə səfərdə oynamışıqsa, deməli bu dəfə qələbə qazanmaq lazımdı. Əsas özünəinamdı. Azarkeşlərdən də böyük dəstək olacaq. “Neftçi”nin bu oyunda qələbəsi Azərbaycan futbolunda yeni bir səhifə aça bilər.
 
- “Partizan”ın oyunu barədə nə deyə bilərsiz?
- Onlar “Neftçi” ilə Belqradda çox zəif oynamışdılar. Heyətlərində klubun özünün çoxlu yetirməsi var. “Neftçi” onlardan fərqli debütant olduğu üçün, təcrübəli olmalarını isbatlamağa çalışacaqlar. Azərbaycan üçün “Neftçi”nin qələbəsi çox vacibdi. İstənilən halda bu, ölkəmizin reytinqini qaldıracaq. Azarkeşlər üçün də bu, böyük sevinc bəxş edəcək. Çünki futbolumuzda belə zəfərlər o qədər də çox deyil.
 
- Sizcə, “Neftçi”nin qrup mərhələsində iştirakı Azərbaycan futboluna nə verdi?
- Artıq bundan sonra bütün klublarımız qrup mərhələsinə vəsiqə qazanmaq hədəfiylə mübarizəyə başlayacaq. İndiyə qədər bizim üçün bu, sadəcə arzu idi. İndi isə tarixi bir nəticə olaraq xatırlanacaq. İndi daha yüksək hədəflər üçün mübarizə aparmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.