22 noyabr 2012 18:43
Rauf Əliyev: Biz Vindzor Park stadionunda heç nə sındırmamışıq
Şimali İrlandiya mətbuatı maraqlı məlumat yayıb. Azerisport.az xəbər verir ki, bu ölkənin futbol federasiyası AFFA-dan cərimə tələb edəcək.
Məsələ burasındadı ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən Şimali İrlandiya – Azərbaycan oyunundan sonra yığmamızın üzvlərinin paltardəyişmə otağında arenanın avadanlığına ziyan vurduğu iddia olunur. Bu üzdən də Şimali İrlandiya Futbol Federasiyası dəyən ziyan tam müəyyənləşdikdən sonra həmin məbləğin AFFA tərəfindən ödənilmsini tələb etməyə hazırlaşır.
Lakin yığmamızın hücumçusu Rauf Əliyev saytımıza müsahibəsində bunu təkzib edib: “Futbolçu pis nəticədən sonra ilə bilər nəyisə təsadüfən qırsın. Bizim paltardəyişmə otağımız çox köhnə və balaca idi. Orda heç sındırmağa da nəsə yox idi. Sizi əmin edirəm ki, biz onların stadionunda heç nəyi qırmamışıq”.
