22 noyabr 2012 20:48
Qəbələ Dinamoya məğlub oldu (FOTOLAR)
Təlim-məşq məqsədi ilə olkəmizə səfər edən Tiflis “Dinamo”sunun 15 yaşa qədər futbolçulardan ibarət komandası bu gün “Qəbələ”li həmyaşıdları ilə ilk yoxlama oyununda üz-üzə gəlib. Azerisport.az xəbər verir ki, bərabər mübarizə şəraitində keçən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gürcüstan təmsilçisinin heyətində Rati Artizaşvili və Giorgi Qoqilaşvili fərqlənib. Komandalar arasında növbəti oyun 2 gün sonra – noyabrın 24-ü baş tutacaq.
Xatırladaq ki, “Qəbələ” Futbol Klubunun təşəbbüsü ilə reallaşan səfərin məqsədi U-15 komandasının beynəlxalq təcrübəsinin artırılmasıdır. Gürcü klubu ilə qarşılaşmalar həm də mövsümün sonunda Qəbələdə təşkil olunacaq II Qəbələ Beynəlxalq Futbol Turnirinə hazırlıq məqsədi daşıyır.
