22 noyabr 2012 23:33
Rəşad Sadiqov: Heç-heçə də pis nəticə deyil
“Neftçi”nin futbolçusu Rəşad Sadiqov UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiyanın “Partizan” klubuna qarşı keçirdikləri oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutan və 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bütövlükdə, heç-heçəni pis nəticə saymaq olmaz. Amma qələbə də qazana bilərdik. Təəssüf ki, yaxşı şansı qaçırdıq. Serbiyalı futbolçu ingiliscə hakimi söydüyü üçün qırmızı vərəqə alaraq meydandan qovuldu. Rəqib oyunçular həmçinin ilk oyunda olduğu kimi, yenə bizim qapıçımız Saşa Stamenkoviçin də ünvanına xoşagəlməz ifadələr işlədirdilər”.
