22 noyabr 2012 11:26
Bir oyunun keçirilmə vaxtı və yeri dəyişdirildi
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə birinciliyinin 14-cü turunun bir oyununun keçirilmə yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, “Kəpəz” – “Xəzər Lənkəran” oyunu Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda saat 14:00-da keçiriləcək.
23 noyabr (cümə)
“Kəpəz” – “Xəzər Lənkəran”
Hakim-inspektor: Arif Ağayev
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
