22 noyabr 2012 00:03
Bakı və Atleticodan böyük layihə
"Bakı" futbol klubu daha bir nəhəng layihənin reallaşdırılması istiqamətində addım atıb. Azerisport.az xəbər verir ki, klubun qonaqları "Atletico" Madrid klubunun rəsmiləri idi.
Bu ziyarətin nəticəsində bir neçə gün öncə iki klub arasında imzalanan müqavilənin rəsmən həyata vəsiqə almasına start verilib. Bu layihə çərçivəsində onlarla azərbaycanlı futbolçu İapaniyada "Atletico" Madrid futbol akademiyasında təhsil ala biləcəklər. Bu barədə "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov və AFFA baş katibi Elxan Məmmədovun da qatıldığı mətbuat kofransında geniş məlumat verilib.
"Atletico" Madrid klubunun marketinq, korporativ əlaqələr və beynəlxalq layihələr üzrə baş meneceri Emilio Qurierres Bolloza (Emilio Gutierrez Boullosa) və klub bazasının direktoru Karlos Agilera Martin (Carlos Aguilera Martin) klub infrastrukturu ilə tanışlıqdan sonra, idarəetmə sistemi, uşaq futbol akademiyasının fəaliyyəti ilə yaxından tanış olublar. Uşaq komandalarının məşqlərini izləyən ispaniyalı qonaqlar, futbol akademiyasının məşq sistemi, qidalanma, bərpa dövrü ilə bağlı məsələlərlə yaxından maraqlanıblar.
"Bakı" futbol klubunun uşaq futbol akademiyasında yaradılan şəraiti çox yüksək qiymətləndirən "Atletico" rəsmiləri işlərin gedişindən məmnun qaldıqlarını bildiriblər. "Bakı" futbol akademiyasının rəhbəri Yüksəl Kepoğlu ilə bir araya gələn qonaqlar bir çox məsələləri ətrafında müzakirə aparıblar.
"Bakı" futbol klubunun media qurumunun işi ilə tanış olan Emilio Qutierres Bolloza klub televiziyasının fəaliyyətini tərifə layiq sayaraq, media ilə münasibətlər və təbliğat işinin böyük klublar səviyyəsində qurulduğunu ifadə edib.
Klub bazasının mükəmməl infrastruktura malik olmasını qeyd edən Karlos Agilera Martin klubumuzun prezidenti Hafiz Məmmədova futbolun inkişafı istiqamətində göstərdiyi xüsusi diqqtətə görə təşəkkür edərək, bir çox ispan klublarının belə bir şəraitə malik olmadığını açıqlayıb.
