22 noyabr 2012 11:54

Branimir Subaşiç: Neftçi – Partizan matçında çoxlu qol olacaq

Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç “Neftçi”nin Serbiya “Partizan”ı ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Neftçi” – “Partizan” oyunu öncəsi nə deyə bilərsiz?
- Mənə elə gəlir ki, “Partizan” bu oyuna o qədər də ciddi yanaşmır. Onlar bura sadəcə oyuna bir gün qalmış gəldilər. Üstünlük “Neftçi”nin tərəfindədi. Çünki bakılılar doğma divarlar arasında çıxış edəcəklər. Bu qarşılaşma komandalar üçün bir o qədər də böyük əhəmiyyət kəsb etmir. Sadəcə, üçüncü yer uğrunda mübarizə baxımından can qoymağa dəyər.
 
- Sizcə, bu oyunda hansı komanda daha şansı görünür?
- Fikrimcə, “Neftçi” bu oyununu əldən verməz. Onlar Avropa Liqasının qrup mərhələsində ilk qələbələrini qazanmağı hədəfləyiblər. Mənim fikrim belədi ki, “Neftçi” “Partizan”a qalib gələcək. Amma rəqibin zəif komanda olduğunu demək olmaz. Belqradlıların avrokuboklarda böyük təcrübəsi var. Onlar da Bakıya uduzmaq üçün gəlməyiblər. Şansları az olsa da, var. Əsas kimin oyuna necə başlamasıdı. Erkən qol çox şeyi həll edə bilər.
 
- “Partizan”ın heyətində kimi qeyd edərdiniz?
- Onların heyətində yaxşı gənc oyunçular var. Ad çəkməyə çətinlik çəkirəm. Tomiç, Markoviç kimi futbolçular komandada çox şeyi həll edirlər. Onların yaxşı hücum xətti var və rəqibin səhvlərindən yaxşı yararlana bilirlər. “Neftçi” ilə Belqraddakı oyunda “Partizan” pis oynamışdı. Ona görə də heç-heçə qeydə alındı. Yəqin ki, Bakıda tam fərqli futbol sərgiləyəcəklər.

- Bəs “Neftçi”də?
- Bu komandada da fərdi cəhətdən yaxşı və güclü futbolçular var. Məsələn, Cavid İmamverdiyevi qeyd edərdim. O, meydanda çox iş görür. Yaxşı legionerləri də var. Amma əsas komanda oyunudu. “Neftçi” qrupda üçüncü yeri tutmaq üçün mütləq qələbə qazanmalıdı.
 
- Belqraddakı oyun həm də Saşa Stamenkoviçlə “Partizan”lı futbolçular arasındakı qalmaqalla yadda qaldı...
- Düşünmürəm ki, eyni olaylar Bakıda da təkrarlansın. Stamenkoviç həmin oyundan öncə “Partizan” və “Crvena Zvezda”dan danışmışdı. Bütün problemlər də həmin müsahibə nəticəsində baş verdi. Bakıda təhlükəsizlik yüksək səviyyədə olacaq. Mənə elə gəlir ki, heç bir münaqişəyə yol verilməz.

- Bu oyunla bağlı proqnozunuz?
- Proqnoz verməyi xoşlamıram. Hər iki komanda maksimuma çalışacaq, va-banka gedəcək. Heç birinin itiriləsi nəyisə yoxdu. Mənə elə gəlir ki, açıq futbol və çoxlu qol görəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.