22 noyabr 2012 12:09
Rumıniyalı futbolçu: Azərbaycan klubundan təklif almışam
Qazaxıstanın “Okjetpes” klubunun müdafiəçisi Ovidiu Mendizov Azərbaycandan təklif aldığını açıqlayıb. Azerisport.az xəbər verir ki, rumıniyalı futbolçu Qazaxıstan mətbuatına açıqlamasında bunları söyləyib:
“Bəli, bu xəbər düzdü. Həqiqətən də mənimlə Azərbaycan klublarından biri maraqlanırdı. Eyni zamanda Ukraynanın “Çernomorets” klubundan da təklif almışdım. Amma “Şerif”in mənimlə maraqlanmasından xəbərim yoxdu”.