22 noyabr 2012 12:27
Milan Smilyaniç: Neftçi ilə oyunda qələbə bizim üçün çox vacibdi
Serbiyanın “Partizan” klubunun yarımmüdafiəçisi Milan Smilyaniç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Biz bu oyunda ilk qələbəmizi qazanmaq istəyirik. Çünki “Crvena Zvezda”ya çempionatdakı məğlubiyyətdən sonrakı vəziyyəti ancaq Avropa Liqasında qazanılacaq qələbə ilə yaxşılaşdırmaq olar. Qələbə bizim üçün çox vacibdi. Komandamızın uğur qazanmaq şansı çoxdu”.
