23 noyabr 2012 00:14

Böyükağa Hacıyev: Əgər siz nəticədən razı deyilsizsə, ölkəni tərk etməyə hazıram

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirdikləri oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:

- Cavid İmamverdiyev birinci hissədə pis təsir bağışlamadı. O, yenicə bərpa olunub. Sadəcə “Sumqayıt”la görüşdə forma geymişdi. İmamverdiyev hələ zədədən sonra tam gücü ilə oynaya bilməz. Buna görə onu günahlandırmaq düz deyil. Bu üzdən Araz Abdullayevi meydana buraxdım. Mahir Şükürovla Erik Ramosun yoxluğu təsirini göstərdi. Amma o qədər də yox. Mənə elə gəlir ki, onların yerinə meydana çıxan futbolçularımız layiqli mübarizə apardılar. Bundan sonra əsas hədəfimiz Azərbaycan çempionatıdı.
 
- Oyundan öncə çox optimist danışırdınız. Bu nəticə sizə necə təsir etdi?
- Mən yenə də özümü qalib hesab edirəm, məğlub saymıram. Bu, bizim üçün böyük təcrübədi. “Neftçi” tarix yazdı. Biz bu gün qələbə qazanmağı çox istəyirdik. Hətta buna çox yaxın idik. Amma hər şey bizim əlimizdə deyil. Bəxtimiz belə gətirdi. Yenə də düzgün yolda olduğumuza inanıram.

- Sizə elə gəlmir ki, “Neftçi” bu gün yığmamızın Belfastda oynadığı kimi çıxış etdi?
- Mənim futbola öz baxışım var. Əgər rəqib üstünlüyü ələ keçiribsə, bu, o demək deyil ki, biz müdafiəyə oturmuşuq. Mənim bütün futbolçularım həm müdafiədə, həm də hücumda vuruşdu. “Neftçi” heç vaxt müdafiə futbolu oynamır. Əgər müdafiədən oynasaydıq, hər komanda bizə beş qol vurardı. Hücumlar zamanı iki cinah müdafiəçimizdən də yararlanırıq. Hansı müdafiədən söhbət gedə bilər? Biz 4-5-1 taktikası ilə çıxış etsək də, hücumlar zamanı 2-7-1 taktikasına keçirik.
 
- Bu oyunda o qədər də yaxşı çıxış etməyən Vobayı niyə əvəzləmədiniz?
- Onun əvəzində kimi meydana buraxardım? Başa düşürəm ki, onda yorğunluq ola bilərdi. Bizim oyun qrafikimizə baxın. İki gün sonra “Bakı” ilə oynayacağıq, altı gün sonra isə kubokda görüşümüz var. Unutmayın ki, əvəzetmələr ikili təsirə malikdi. Bu, oyunu yaxşıya doğru da dəyişə bilər, pisə doğru da. Əgər Vobay qol vura bilmədisə, bu, onun pis oynadığı anlamına gəlməməlidi. Sizcə, mən sabah pis nəticə göstərsəm, deməli, yaxşı məşqçi deyiləm? Əgər futboldan danışmaq istəyirsinizsə, sizi bazamıza dəvət edirəm.
 
- İştirak ərizəsində Bahodir Nasimovun da adı var idi. Onu meydana buraxa bilərdiniz?
- Çox təəssüf ki, Nasimovun xidmətindən bu gün yararlana bilmədik. O, məşqlərə başlayıb. Amma hələ tam formasını bərpa edə bilməyib. İdeal formasından çox uzaqdı. Yaxın günlərdə onu da meydanda görə biləcəyik. Əgər imkanım olsaydı, bu gün meydana üç hücumçuyla çıxardım. Bu gün heyətimizdə çoxlu cavan oyunçu var idi. Bu, risk olsa da, Azərbaycan futbolunun inkişafına bu şəkildə təkan verməyə çalışırıq.

- Komandanın ən zəif cəhəti kimi nəyi qeyd edə bilərsiz?
- Özümü. Əgər siz nəticədən narazı qalmısızsa, mən ölkəni tərk edə bilərəm. Əgər Hacıyev yox, Haciyevski olsaydım, indi alqışlarla qarşılardınız.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.