23 noyabr 2012 12:55
Milan Smilyaniç: Neftçi yalnız birinci hissədə yaxşı oynadı
Serbiyanın “Partizan” klubunun yarımmüdafiəçisi Milan Smilyaniç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçənin ardından bunları dilə gətirib:
“Neftçi” birinci hissədə daha yaxşı oynadı. Hətta elə bir təəssürat yaranmışdı ki, futbolçularımızın hamısı matçın başa çatmasını gözləyir. Lakin fasilədə öz aramızda söhbət etdik. Belə qərara gəldik ki, ikinci hissədə tam gücümüzü qoyub, bacardığımız futbolu sərgiləyək”.
