23 noyabr 2012 13:16
Ağasəlim Mircavadov: Neftçidə Partizanla oyunda yaxşı hücumçu çatışmır
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” – “Partizan” (Serbiya) oyunundan (1:1) sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandamız görüşün taleyini birinci hissədə həll edə bilərdi. Qoldan sonra yenə yaxşı epizodlar oldu. Məsələn, Cavid İmamverdiyevin yararlana bilmədiyi qol epizodu. Belə oyunlarda iki top fərqi ilə üstünlük əldə etmək çox vacibdi. Sadəcə, İmamverdiyevdə təcrübəsizlik çatışmadı. Ümumiyyətlə, bu oyunda “Neftçi”də yaxşı hücumçu çatışmırdı. Kanales bu oyunda zəif çıxış etdi. “Neftçi” qələbə qazanmalıydı. Bütövlükdə, bu turnir komanda üçün yaxşı sınaq oldu”.